EN

Bunu edərək 3 günə 3 kiloqram ARIQLAYIN - Çox sadədir

Yay mövsümünə ideal formada başlamaq üçün yeni pəhriz üsulu ilə 3 günə 3 kiloqram arıqlamaq mümkündür. Üstəlik, bu metod nə aclıq tələb edir, nə də ağır məşqlər.

Ölkə.Az Musavat.com-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu sürətli arıqlama üsulunun sirri düzgün qidalanma və bədəndəki şişkinliyi azaldan təbii qarışımdadır. Gündəlik qidalanma rejiminə daxil edilən yüksək lifli meyvə-tərəvəzlər, bol su istehlakı və axşam saatlarında içilən xüsusi detoks çayı qısa müddətdə effekt verir.

Nə etmək lazımdır?

Səhərlər limonlu isti su içmək

Gündə 2-2.5 litr su qəbul etmək

Axşamlar duz və şəkərdən imtina, həmçinin bitki çayı içmək

Ağ çörək, şəkər və qazlı içkilərdən uzaq durmaq

Qidalanmaya lifli, təbii məhsullar əlavə etmək

Əgər hər hansı sağlamlıq probleminiz varsa, pəhrizə başlamazdan öncə mütləq həkimlə məsləhətləşin.

Musavat.com

Chosen
4
3
olke.az

4Sources