Paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Nazirliyin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, yanğın geniş sahəyə yayılmasına imkan verilmədənqarşısı alınıb.