EN

Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulacaq

Bakı. Trend:

Misli Premyer Liqasında XXXV tura bu gün baş tutacaq iki oyunlayekun vurulacaq.

Trend xəbər verirki, əvvəlcə "Neftçi" "Səbail"i qəbul edəcək. Görüş saat 17:00-dabaşlayacaq.

"Neftçi" hazırda 40 xalla turnir cədvəlinin altıncı pilləsindəqərarlaşıb. Sonuncu yerdə olan "Səbail"in isə 22 xalı var.

Turun son matçı Bakıda baş tutacaq. "Qarabağ" evdə "Kəpəz" iləüz-üzə gələcək. Matçın start fiti saat 19:00-da səsləndiriləcək."Qarabağ" turnir cədvəlində 83 xalla vahid liderdir. Səkkizinciolan "Kəpəz"in isə 32 xalı var.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində"Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Turan" isə "Sumqayıt"ı (1:0)məğlub edib. "Zirə" "Sabah" (1:1) oyununda heç-heçə qeydəalınıb.

Chosen
44
50
az.trend.az

10Sources