EN

Məhəmməd Əsədullazadə: “Macarıstan Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir”

Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT)zirvə toplantısında iştirakı və Macarıstana səfərində bu ölkənin baş naziri Viktor Orbanla görüşləri mühüm əhəmiyyət kəsb edir. Prezidentin bəyanatlarında Macarıstanın strateji tərəfdaş olaraq qeyd edilməsi təsadüfi deyil.”

Bu barədə hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

Ekspert TDT-nin zirvə görüşündə keçirilən görüşlər kontekstində Azərbaycan-Macarıstan strateji və müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə diqqət çəkib.

“Azərbaycan və Macarıstan bir-birini həm beynəlxaq təşkilatlarda, həm də regional çərçivədə daim dəstəkləyir. Macarıstan Avropa İttifaqına üzv olmasına baxmayaraq stabil siyasət yürüdür. Azərbaycanın da müstəqil siyasət aparması iki ölkəni yaxınlaşdıran amillərdn biridir”-deyə M.Əsədullazadə Prezident İlham Əliyevin bu xüsusda önə çəkdiyi məqamlara diqqət çəkdi.

“Azərbaycan Macarıstanın enerji təminatında mühüm rol oynayır. Həmçinin, Macarıstanın Türk Dövlətləri Təşkilatında iştirakı Azərbaycanın da tərəfdaş ölkələrinin artmasına gətirib çıxaracaq. Macarıstan Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Macarıstan həmişə özünün milli maraqlarını qoruyur.  Hər hansı xarici təzyiqlər qarşısında geri çəkilməyib.  Bu amillər Azərbaycanla Macarısatan arasında eyni mövqe və həssas nöqtələrdən biridir.  Düşünürəm ki, bu səfəri və aparılan ikitərəfli danışıqları iki dövlət arasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar”.

Artıq Avropa İttifaqının Azərbaycana qarşı münasibətinin müsbət istiqamətdə dəyişdiyini qeyd edən ekspert Macarıstanın bu xüsusda hərəkətverici əsas ölkələrdən biri olduğunu da xatırladıb.

“İkinci Qarabağ müharibəsi və ondan sonrakı proseslərdə Macarıstan daim Azərbaycanı dəstəkləyib. Hətta Avropa İttifaqının Ermənistana sülh yardımı ilə ayırdığı vəsaiti də Macarıstan bloklamışdı. İki tərəf arasında iqtisadi əlaqələri daha da inkişaf etdirmək lazımdır. Xalqlarımız arasında mədəni münasibətləri genişləndirmək, xüsusilə də təhsil və digər sahələrdə potensial imkanlar var ki, iki xalq bir-birinə daha da yaxınlaşsın”-M.Əsədullazadə deyib.

Chosen
234
16
hafta.az

10Sources