EN

İşarət dili bu kanallarda tətbiq olundu - VİDEO

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC inklüziv media təşəbbüsü çərçivəsində AzTV, “İdman Azərbaycan” və “Mədəniyyət TV” kanallarında surdotərcümə sisteminin tətbiqinə başlayıb.

İlk mərhələdə “Mədəniyyət xəbərləri” və “İdman xəbərləri” proqramlarında işarət dili ilə tərcümə təqdim olunacaq. Bu yenilik eşitmə və nitq məhdudiyyətli şəxslərin mədəniyyət və idman sahəsindəki ən son hadisələrdən xəbərdar olmalarını təmin edəcək.

Qeyd edək ki, Azərbaycan işarət dili eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan istifadə etməklə fikirlərini ifadə etmə vasitəsidir.

 

 

 

 

Chosen
80
50
modern.az

10Sources