ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.
Belə ki, 77-FR-795 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü sağ zolaqla hərəkət edən zaman qəfildən sol zolağa yerdəyişmə edib. Bu zaman görüntünü qeydə alan avtomobili sıxışdıraraq ona qəza şəraiti yaradıb. Sürücü irad bildirən zaman, o, özünə haqq qazandıraraq "məni sıxdılar, ona görə belə etdim" deyib bəhanələr gətirməyə başlayıb. Lakin videodan da aydın şəkildə görünür ki, onu heç bir avtomobil sıxışdırmır. Qarşısındakı maşını ötüb keçmək üçün bu qayda pozuntusuna yol verib.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.