EN

Avtomobili arxaya verən ata iki yaşlı qızını maşınla vurdu

Şirvan sakini ehtiyatsızlıqdan iki yaşlı övladını avtomobillə vurub.

Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.

Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.

Chosen
190
11
busaat.az

10Sources