AZ

Ata iki yaşlı övladını avtomobillə vurdu

Şirvan sakini ehtiyatsızlıqdan iki yaşlı övladını avtomobillə vurub.

Ölkə.az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.

Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
191
11
olke.az

10Mənbələr