EN

PKK-nın buraxılma qərarını tanımadılar: Silahlı mübarizəni davam etdirəcəyik

Terror təşkilatı PKK-nın Abdullah Öcalanın çağırışı ilə dağılaraq silahı yerə qoymasından sonra təşkilatın digər ölkələrdə də genişlənməsi diqqət mərkəzində olub.

Turkustan.az xəbər verir ki, Suriya uzantısı PYD/YPG/SDF yeni Dəməşq administrasiyası ilə müqavilə bağlayacaq və silahlarını Suriya rəhbərliyinə təhvil verəcək. Bununla belə, PKK-nın İran uzantısı olan PJAK silahlarını yerə qoymayacaqlarını açıqlayıb.

Terrorçuların lideri Abdullah Öcalanın çağırışını “ümumiyyətlə Yaxın Şərqdə kürd probleminin həlli üçün mühüm və müsbət addım” olaraq gördüklərini ifadə edən PJAK həmsədri Əmir Kərimi Tehrana qarşı silahlı mübarizəni davam etdirəcəklərini bildirib və əlavə edib: “Biz PJAK olaraq nə silahlarımızı yerə qoyacağıq, nə də özümüzü dağıtmayacağıq. Bu məsələ ilə bağlı qərar başqadır”.

Aytən Yaşar/ Turkustan.az

Chosen
187
33
turkustan.az

10Sources