EN

Erkən ölüm riski daşıyan xəstəlik - Şizofreniya irsidirmi?

BAKI, 25 may. TELEQRAF

1792-ci ildə doktor Filip Pinelin Fransada bir xəstəxanada zəncirə vurulmuş psixi xəstələri zəncirdən açması ilə 24 may Ümumdünya Şizofreniya günü kimi qeyd edilir.

Teleqraf xəbər verir ki, Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin hər 1000 nəfərindən 22-si şizofreniya xəstəsidir. 20-40% pasiyentlərdə ilk psixotik əlamətlər 20 yaşa qədər meydana çıxır. Bu zaman xəstələnmənin zirvəsi kişilərdə 15-25 yaşlara, qadınlarda isə 25-35 yaşlara təsadüf edir.

Bundan başqa qadınlarda 40-45 yaşlarda, bilavasitə menopauzadan əvvəl xəstələnmənin ikinci zirvəsi qeyd olunur.

Şizofreniya ağır, xroniki və əlilliyə səbəb olan psixi xəstəlikdir. Xəstəlik çox vaxt gənc yaşlarda başlayır və bütün ömür boyu psixotik əlamətlərlə davam edərək, xəstələrin həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Ən aşkar neqativ simptomları emosiyaların kütləşməsi və iradənin zəifləməsidir.

Şizofreniyanın inkişafında üç mərhələ ayırd olunur: psixotik epizod (kəskin mərhələ), sabitləşmə (yarımkəskin mərhələ) və remissiya (müvəqqəti sağalma mərhələsi)

Şizofreniya diaqnozu qoymaq üçün bu əlamətlərdən bir neçəsi bir ay ərzində müşahidə edilməlidir:

Davamlı sayıqlama davamlı hallüsinasiyalar, təfəkkür pozuntuları, təsir, tabe edilmə və nəzarət olunma hissiyyatı, nitqin məhdudlaşması, katatonik oyanma və ya ajitə, qeyri-təbii vəziyyətdə qalmaq, mumabənzər plastiklik, neqativizm, mutizm və ya stupor kimi psixomotor pozuntular.

Şizofreniya pasiyentlərin müalicəsi effektliliyinin və yan təsirlərinin monitorinqi ilə müşayiət olunan antipsixotik preparatlarla aparılır.

Şizofreniya irsidirmi?

Şizofreniya xəstələri daha erkən ölüm riski daşıyırlar

Şizofreniya xəstəliyi haqqında klinik protokolda qeyd edilib ki, 80% şizofreniyalı xəstələrin valideynlərində xəstəliyin əlamətləri aşkar edilmir, valideynlərdən biri bu xəstəlikdən əziyyət çəkirsə uşaqlarda şizofreniyanın əmələgəlmə riski 10-13%, əgər hər iki valideyn xəstədirsə, 35-40% təşkil edir.

Şizofreniya xəstələri ümumi əhali ilə müqayisədə 2-3 dəfə daha erkən ölüm riski daşıyırlar. Bu, çox vaxt ürək-damar, metabolik və yoluxucu xəstəliklər kimi fiziki xəstəliklərlə əlaqədar olur.

Şizofreniyalı xəstələr, o cümlədən, intihar, psixoaktiv maddələrin istifadəsi, evsizlik, işsizlik, həmçinin somatik xəstələnmə aid olan yüksək ictimai təhlükə riskinə malikdirlər.

ÜST-nin 2013-2030-cu illər üçün Psixi Sağlamlıq üzrə Kompleks Fəaliyyət Planında şizofreniyalı insanlar üçün müvafiq xidmətlərin göstərilməsi üçün tələb olunan addımlar xüsusi vurğulanır.

80% xəstələrdə ilk 5 il ərzində təkrar kəskinləşmələr baş verir.

Şizofreniyalı xəstələrə yardım göstərən müəssisələr: ilkin tibbi yardım müəssisələri, ambulator psixiatriya müəssisələri, stasionar psixiatriya müəssisələri, təcili yardımın psixiatriya briqadaları, reabilitasiya mərkəzləridir.

Chosen
21
50
teleqraf.com

10Sources