EN

İstanbulda əldə olunan əsir mübadilə razılaşması başa çatıb

İstanbulda

Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya və Ukrayna sülh danışıqlarında razılaşdırılan əsir mübadiləsi daha 303 əsgərin qarşılıqlı dəyişdirilməsilə tamamlanıb. Rusiya, "Kiyev rəhbərliyinin nəzarətində olan ərazidən daha 303 rus əsgəri aparıldı. Bunun müqabilində 303 Ukrayna əsgəri verildi. Sərbəst buraxılan rus əsgərləri Belarusdadır və onlara lazımi tibbi və psixoloji dəstək göstərilir" deyib.

Ukrayna isə Türkiyədə razılaşdırılan 1000-nə 1000 məhbus mübadiləsinin tamamlandığını açıqlayıb.

Digər tərəfdən isə münaqişə davam edir. Ukrayna Rusiya ordusunun Ukraynaya təşkil etdiyi hücumlarda 12 nəfərin həyatını itirdiyini, 60-dan çox adamın isə yaralandığını açıqlayıb. Rusiya isə 205 Ukrayna PUA-nı zərərsizləşdirdiyini bildirib.

Chosen
17
3
xalqcebhesi.az

5Sources