Ukrayna böyük əsir mübadiləsinin 8 mərhələsini həyata keçirib. Yüzlərlə insanımız vətənə qayıdıb.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Gənclərimiz, Mariupolun müdafiəçiləri, Donetsk, Zaporojye, Luqansk, Xarkov, Sum, Çerniqov və Kiyev vilayətlərini müdafiə edənlər. Yaralılar, ağır xəstələr. İtkin düşmüş hesab edilənlər. Onların əksəriyyəti 2022-ci ildən əsirlikdədir. Həm də təkcə hərbçilər deyil. Ukrayna mülki insanları da geri qaytarıb”, - Zelenski bildirib.