Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiya ordusunun Ukraynada raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlarda 12 nəfərin öldüyünü, 60-dan çox insanın isə yaralandığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Klimenko Telegram hesabındakı paylaşımında rusların bu gecə ölkəsinə raket və PUA ilə hücum etdiyini xatırladıb.
O, Rusiyanın 13 bölgÉ™dÉ™ hücumlara baÅŸladığını qeyd edib: "Mülki vÉ™tÉ™ndaÅŸların evlÉ™ri hÉ™dÉ™fÉ™ alındı. 80-dÉ™n çox yaÅŸayış mÉ™ntÉ™qÉ™sinÉ™ ziyan dÉ™ydi".Â
Klimenko hücumlarda 3-ü uşaq olmaqla 12 nəfərin öldüyünü, 60-dan çox adamın isə yaralandığını bildirib.
Ukraynanın daxili işlər naziri Klimenko qeyd edib ki, ölkənin müxtəlif bölgələrində axtarış-xilasetmə işləri davam edir.
Telegram hesablarından gələn görüntülərdə Kiyevdə bir çox insanın təhlükəsizlik səbəbiylə metro stansiyalarında saatlarla gözləməsi, PUA-nın Kiyevdə sığınacağın girişinə çırpılaraq partlaması diqqət çəkib.
Ukrayna prezidenti Vladimir Zelenski verdiyi yazılı açıqlamada Rusiya ordusunun ölkəsinə təxminən 70 raket və 300-ə yaxın PUA ilə hücum etdiyini açıqlayıb.
"Amerikanın sÉ™ssizliyi, dünyada baÅŸqalarının sÉ™ssizliyi yalnız Putini cÉ™sarÉ™tlÉ™ndirir", - deyÉ™n Zelenski müttÉ™fiq ölkÉ™lÉ™ri Rusiyaya tÉ™zyiq göstÉ™rmÉ™yÉ™ çağırıb.Â
Aytac,
Sitat.infoÂ