EN

İyunda hava necə olacaq?

“İyun stabil aylar sırasında olduğuna görə qeyri-sabit hava şəraiti nisbətən səngiyəcək. Ancaq yenə də gələn ay havanın 10-15 faiz ehtimalla qeyri-sabit keçməsi gözləniləndir”.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

“İyunda sel, daşqın hallarının baş verməsi ehtimalı var. Orta statistik rəqəmlərə əsaslanaraq deyə bilərəm ki, sel-daşqın ehtimalı dağlıq və dağətəyi rayonların payına düşür. Müvəqətti yağıntılar intensiv olarsa, çaylarda sululuğun artmasına gətirib çıxaracaq”,- o bildirib.

​​​​​​"Cebheinfo.az" 

Chosen
10
21
cebheinfo.az

10Sources