Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində çalışan Rəşidov Mustafa Süleyman oğlu vətəndaşlara məxsus torpaq sahələrinə çıxarışlar verməmək üçün bütün qanunsuz vasitələrə əl atır. Peçatsız, möhürsüz blanklardan istifadə edərək imtina qərarları çıxarır. Hələ bütün bunlar azmış kimi vətəndaşlara doğma valideynlərindən miras qalan bağ sənədlərini də tanımır, onlara çıxarış verməmək üçün min bir yola əl atır. Bu işdə xüsusi canfəşanlığı isə Mustafa Rəşidovun müavini Aidə Məmmədli göstərir. Görünür, müdir və müavini əlbir olaraq vəzifə səlahiyyətlərindən istifadə edirlər. Buradan isə ortaya iki nəticə çıxır. Ya Mustafa Rəşidov və müavini Aidə Məmmədli əlbir fəaliyyət göstərirlər, ya da Mustafa müəllimin müdir kimi sadəcə adı var.