
Talassemiyalı uşaqların müalicəsi üçün toplanan vəsaitləri mənimsəməkdə təqsirləndirilən üç qadın – Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər. Onlardan yalnız Seyidova ittihamların bir hissəsini qəbul etsə də, cəzanı ağır hesab edir və yüngülləşdirilməsini istəyir. Bayramova və Məmmədova isə özlərini təqsirli bilmədiklərini bildirərək bəraət tələb edirlər. Məhkəmənin qərarı ilə qadınlara 6 ildən 8 ilə qədər həbs cəzası verilib. İş üzrə 36 nəfər zərərçəkmişə ümumilikdə 1 milyon manata yaxın maddi zərər dəyib.Ulusum.az
Diqqət Çəkənlər
ABŞ yardımı dayandırsa Ukraynada daxili böhran yarana bilər
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Moskva məhkəməsi ekstremist çağırışlara görə blogeri həbs etdi