EN

Qasperini “Atalanta”nı tərk edir

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini yaxın vaxtlarda klubu tərk edə bilər.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, italiyalı mütəxəssis ayrılmaq arzusunu klub rəhbərliyinə çatdırıb.

Qeyd olunur ki, tərəflər arasında problem yaranmasa, italiyalı mütəxəssis bu həftə komanda ilə vidalaşacaq.

Qasperini 2016-cı ildən “Atalanta”nı çalışdırır. Onun rəhbərliyi altında komanda üç dəfə A Seriyasının bürünc mükafatçısı, həmçinin 2024-cü ildə Avropa Liqasının qalibi olub.

Chosen
20
12
msport.az

10Sources