Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Nitsa"nın hücumçusu Evan Qessand karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Fənərbaxça" Qessand üçün Fransa klubu ilə danışıqlara başlayıb. 23 yaşlı forvarda İngiltərə Premyer Liqasından da təkliflər var. Oyunçu təklifləri götür-qoy etdikdən sonra qərarını verəcək.
Qeyd edək ki, Evan Qessand "Nitsa"nın yetirməsidir. Futbolçu ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.