BAKI, 28 may. TELEQRAF
Azərbaycanda dələduzluq etdiyi üçün axtarışda olan şəxslərin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Polis əməkdaşlarının mayın 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.