EN

Masazırda qəbiristanlıqda tanışını öldürən şəxsin məhkəməsi başlayır

Bakı. Trend:

Xəbər verildiyi kimi avqustun 19-da Sumqayıt şəhər sakini RuslanMəmmədovun qəsdən öldürülməsi faktı üzrə Abşeron rayonprokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,İstintaqla Stanislav Yakuşevin qeyd edilən tarixdə rayonun Masazırkəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında istifadəsizköşkdə Ruslan Məmmədovla spirtli içki qəbul etdikdən sonraaralarında yaranmış mübahisə zamanı sonuncunun baş nayihəsinə daşlavuraraq qəsdən öldürməsi, daha sonra sonuncunun üzərində olan mobiltelefonu oğurlamasına əsaslı şübhələr müəyyən edilib.

Stanislav Yakuşevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə), 177.2.2 (təkrar oğurluq etmə) və digər maddələriləmaddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılmasıüçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinəgöndərilib.

Chosen
208
7
az.trend.az

9Sources