EN

Silah embarqosu Holokostun təkrarı ola bilər- İsrail XİN

BAKI,TurkicWorld

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, ölkəsinə qarşı silah embarqosu tətbiq olunarsa, bu, İsrailin sadəcə “yox edilməsi” ilə nəticələnə bilər və yeni bir “Holokost”ın baş verməsinə yol aça bilər.

“Times of Israel” qəzetinə əsasən, Saar bu fikirləri beynəlxalq Holokostu Anma İttifaqının tədbirində çıxışı zamanı səsləndirib. Nazir, HƏMAS və İranın İsrailin məhv edilməsi çağırışlarını xatırladaraq belə deyib:

“Bəs bu reallıqdan hansı dövlətlər nəticə çıxarıb? İsrailə silah embarqosu tətbiq etməklə bağlı siyasətçilər və dövlətlərin atdığı addımlar və ya verdiyi açıqlamalar nə deməkdir? Əgər bu cəhdlər uğurlu olarsa, İsrail sadəcə olaraq məhv ediləcək.”
Nazirin fikrincə,İsrail torpağında ikinci bir Holokost olacaq.

“Bu, yəhudi xalqını özünü müdafiə etmək imkanından məhrum etməyin yoludur. Bu isə bizə tarixi sürgün illərində və Holokost dövründə çox baha başa gəlmişdi.”-deyə o bildirib.

Xatırladaq ki, 2023-cü ildən bəri İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar beynəlxalq ictimaiyyətin ciddi tənqidinə səbəb olub. İspaniya və Böyük Britaniya kimi ölkələr mülki itkilərin çoxluğu və humanitar böhranın dərinləşməsi səbəbilə İsrailə qarşı silah satışını dayandırıb. Tel-Əvivin Qəzzaya tətbiq etdiyi mühasirə isə vəziyyəti daha da ağırlaşdırır.

Chosen
22
50
turkic.world

10Sources