Vilnüsün Almaniyadan sifariş etdiyi “Leopard” tankları ölkədə yığıla bilər.
Herbiand.az xəbər verir ki, bunu BNS agentliyinə Litvanın müdafiə naziri Dovile Şakalene deyib.
Müdafiə naziri bildirib ki, yaxın həftələrdə tank istehsalçısının nümayəndələrinin gəlişini gözləyirlər: “Litvada bu maşınların bizim müəssisələrimizdə yığılmasının təşkilinin təfərrüatlarını razılaşdırmaq planlaşdırılır”.
Şakalene qeyd edib ki, bu yay Litva zirehli texnikanın alınması üzrə müqaviləyə görə avans ödəyəcək: “Bu, bizə onların qəbulu prosesini demək olar ki, dörd il sürətləndirməyə imkan verəcək”.
Əvvəllər bu texnikaların ilk partiyasının Litvaya 2031-ci ildən sonra gələcəyi gözlənilirdi.
“İndi biz bunun 2028-ci ildə baş verməsini planlaşdırırıq. Əsas partiya 2029-cu ildə, qalanı isə 2030-cu ildə gələcək”, - müdafiə naziri deyib.
Litva orduda yaradılan motoatıcı diviziyasının əsasını təşkil edəcək batalyon yaradacaq. Bunün üçün Almaniyadan 44 “Leopard” tankı alınacaq. Litvada əvvəllər belə ağır yerüstü texnikası olmayıb.
Bəxtiyar CƏFƏRLİ