EN

Xəzərdə "kabus ada" yenidən üzə çıxdı

Xəzər dənizinin şimal hissəsindəki "kabus ada" yenidən üzə çıxıb.

Publika.az xəbər verir ki, bu dəfə Rusiya alimləri Xəzər dənizinin şimal hissəsində yeni adanın peyda olduğunu təsdiqləyiblər.

Bu barədə "TASS"a Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun (İİ) mətbuat xidmətindən bildirilib ki, alimlər Mali Jemçujnı adasından 30 km cənub-qərbdə yeni adanın mövcudluğunu təsdiqləməyə müvəffəq olublar.

Adanın görünməsinə səbəb Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi olub.

Bu yaxınlarda alimlərin ekspedisiyası adanın sahillərinə çata bilsə də, pis hava şəraiti səbəbindən eniş baş tutmayıb.

Xatırladaq ki, yanvar ayında NASA peykləri Xəzər dənizində Azərbaycan yaxınlığındakı "kabus ada"nın fotosunu çəkib.

Chosen
30
22
publika.az

10Sources