EN

Sankt-Peterburqda mikroçiplər və radioelektronika istehsal edən böyük strateji zavod yanır...-VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində mikroçip və digər radioelektronika məhsullarının istehsalı ilə məşğul olan “Avanqard” zavodunda irimiqyaslı yanğın baş verib.
 
Moderator.az xəbər verir ki, "Fokus" nəşri bu barədə Rusiyanın “Astra” telegram-kanalına istinadla məlumat yayıb.
 
“Sankt-Peterburqun Kondratyevski prospektində yerləşən “Avanqard” zavodunda yanğın baş verib”, - məlumatda deyilir.
 
Eyni zamanda, yerli "Drarojnıy inspektor"( “Yol müfəttişi”) telegram-kanalı yanğının söndürülməsi ilə əlaqədar prospekt boyu hərəkətin bağlandığını bildirib.
 
"Yanğın 6 mərtəbəli binanın 100x20 m ölçüdə istehsal hissəsinin 5-ci mərtəbəsindədir. Yanğının sahəsi 100 kvadratmetrdir", - Rusiya Fövqəladə Hallar Nazirliyi mətbuata bildirib.
 
Yanğının səbəbləri hələlik məlum deyil, lakin yerli sakinlər yanğın başlamazdan əvvəl güclü partlayış səsləri eşitdiklərini iddia edirlər.
 
"Avangard" zavodu Rusiyada radioelektronika, mikrosxemlər, ölçmə cihazları istehsalı, həmçinin elektron avadanlıqlar üçün əsas dəstəkləyici strukturların istehsalı ilə məşğul olan böyük elmi və istehsalat müəssisəsidir.
 
Bu zavod Federal elmi-istehsalat mərkəzi statusuna malikdir. "Avangard" Rusiya Federasiyasının strateji və sistem əhəmiyyətli müəssisələrinin siyahısına daxildir.
 

S.Laçın

Chosen
231
50
moderator.az

10Sources