Xəzər Universitetində tələbə bıçaqlandı
Xəzər Universitetində tələbə bıçaqlanıb.Metbuat.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, bu gün Nizami rayonu ərazisində, Xəzər Universitetində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub: "Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır",- deyə bildirilib.