Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. O bildirib ki, kişi müəllimlərin sayının zamanla azalmasının bir çox səbəbləri var.
"Bu proses neçə illərdir gedir. Düzdür, yaxşı müəllim anlayışı üçün qadın və kişi fərqi yoxdur. Dünyada qadın və kişi müəllimlərin sayında bərabərlik gözlənilir. Bəzi ölkələrdə bu, 50-50-dir, yaxud 60 faizlə kişilər üstünlük təşkil edir.
Bizim təhsil aldığımız dövrlərdə təbiət elmlərində kişilərin sayı çox idi, təəssüf ki, kişilərin çoxu ixtisasları üzrə çalışmadılar. Bu, əməkhaqqının az olması ilə bağlı idi. Nəticədə bu gün müəllimlərin 85 faizi qadın, 15 faizi kişilərdir".
Etibar Əliyev həmçinin qeyd edib ki, kişi direktorların çox olması idarəçilik baxımından vacibdir:
"Yaponiyada məktəbəqədər təhsil pilləsində bütün müəllimlər kişilərdir. Uşaqlar kişilərin yanında tərbiyə olunurlar. Bizdə isə bu təhsil pilləsində hər hansı kişi tərbiyəçinin olması hətta təəccüblə qarşılanar.
Hər hansı stimullaşdırıcı tədbirin görülməsi ayrı-seçkiliyə də səbəb ola bilər. Ona görə qadın müəllimlərlə bağlı bu vəziyyət hələ uzun müddət davam edəcək".
Cavidab Mirzəzadə
Demokrat.az
10Sources
-
arena.azFernando Santos: “Millinin hər oyunu vacibdir” ( 18048028)
-
demokrat.az"Bəzən bunun üçün bir addım geri çəkilirsən" — FOTO ( 18041950)
-
yenisabah.az“Sevgilimi hər yerdən “blok”a atmışam, onu həyatımdan çıxartmışam” - Zeynəb Həsəni ( 18023704)
-
qafqazinfo.azSaçlarını çəhrayıya boyadı - Fotolar ( 18006037)
-
demokrat.azHansı bürclər qara siyahıya düşdü? — Astroloqlar xəbərdarlıq etdi ( 17799022)
-
yeniavaz.comHər şey insan üçün… ( 17794138)
-
demokrat.azDünyaya mesaj Laçından çatdırıldı: Laçının Azərbaycan üçün əhəmiyyəti nə üçün böyükdür? ( 17785886)
-
yenisabah.az“Sevgilim anamı vurdu, onu bağışlamadım” ( 17764250)
-
milli.az"O kişilərə baxanda ürəyim bulanır" ( 17750630)
-
demokrat.azKişi direktor və müəllimlərin çox olması vacibdir— Sabiq deputat ( 17748794)