“Brentford” yay transfer pəncərəsində “Liverpul”un qapıçısı Kaomhin Kelleheri heyətinə qatmaq niyyətindədir.
90deqiqe.Az “The Independent”ə istinadən xəbər verir ki, İngiltərə klubu irlandiyalını Mark Flekkenin potensial əvəzləyicisi kimi nəzərdən keçirir. “Brentford” artıq mersisaydlıların nümayəndələri ilə əlaqə qurub və transfer mövzusunda danışıqlar aparır.
26 yaşlı qapıçının həmçinin “Bayer Leverkuzen”dən də təklif aldığı bildirilir. “Liverpul” isə Kelleher üçün ən azı 20 milyon avro tələb edir.
2024/2025 mövsümündə Kelleher “qırmızılar”ın heyətində 20 oyuna çıxıb, 20 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb. Futbolçunun gələcəyi yay transfer pəncərəsində müəyyənləşəcək.