"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını İtaliya A Seriyasının aparıcı klublarından birində davam etdirə bilər.
90deqiqe.Az-ın “Sport" nəşrinə istinadən yaydığı məlumata görə, 33 yaşlı qolkiperlə "Milan" yaxından maraqlanır.
A Seriya təmsilçisi, əsas qapıçısı Mayk Menyanın "Çelsi"yə mümkün transferi fonunda onun yerini doldura biləcək təcrübəli bir oyunçu axtarır. Klub rəhbərliyi Ter Ştegeni bu boşluğu doldura biləcək əsas namizədlərdən biri kimi görür.
Qeyd edək ki, Ter Ştegen artıq “Barselona”nın baş məşqçi heyətinin planlarına daxil edilmir. Kataloniya klubu alman qapıçını yay transfer dönəmində satmağı planlaşdırır, baxmayaraq ki, onun mövcud müqaviləsinin başa çatmasına hələ üç il qalır.
Buna baxmayaraq, futbolçunun özü hələlik “Barselona”da qalmaq istədiyini bildirib. Lakin bu halda o, komanda daxilində üçüncü seçim kimi ehtiyatda qalmaqla razılaşmalı olacaq.
Ter Ştegen hazırda Almaniya millisinin əsas qapıçısıdır. Bu rol ona Manuel Noyerin yığmanı tərk etməsindən sonra verilib.