Demokrat.az xəbər verir ki, tədqiqatda 41 fərqli meyvə növünün qida dəyəri və kalori məzmunu ətraflı araşdırılıb.
Nəticələr göstərib ki, limon yalnız 100 kalori ilə orqanizmin qida ehtiyaclarını 100 faiz ödəyə bilir.
Limon bu xüsusiyyəti ilə immunitet sisteminin gücləndirilməsində, dəmirin mənimsənilməsinin artırılmasında, həzm sisteminin dəstəklənməsində və ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.
Limonun sağlamlığa faydaları bununla məhdudlaşmır. Təbiətcə asidik olan limonlar metabolizə edildikdən sonra bədəni qələviləşdirərək pH balansını qorumağa kömək edir. Bu, ümumi maddələr mübadiləsini tənzimləmək və bağırsaq sağlamlığını yaxşılaşdırmaq deməkdir.
Araşdırma qrupu “Limon turşuluğu sağlamlığın düşməni deyil, ən böyük müttəfiqidir” sözləri ilə limon suyunun immun sistem üçün həyati əhəmiyyət daşıyan C vitamini mənbəyi olduğunu vurğulayıb.
Limon suyu içmək bu müalicəvi meyvəni gündəlik rasionunuza daxil etməyin ən asan yoludur.
Bununla belə, mütəxəssislər acqarına limon suyunun qəbulunun diş minasını zədələyərək həssas mədələrdə diskomfort yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
10Sources
-
turkustan.azQəhvənin elə bir təsiri ortaya çıxdı ki... ( 18033409)
-
cebheinfo.azQəhvənin elə bir təsiri ortaya çıxdı ki... ( 18031399)
-
yeniavaz.comYaşıl çay ilə hazırlanan yulaf peçenyelərinin yeni faydaları tapılıb ( 18030391)
-
cebheinfo.azYayda C vitaminini necə saxlayaq? ( 18028675)
-
azpost.infoQocalmanı ləngidən vərdişlər: bu qidaları yesəniz, cavan qalacaqsınız ( 18024181)
-
demokrat.azDünyanın ən faydalı meyvəsi AÇIQLANDI ( 17777996)
-
ulusum.azŞəkərin varsa, bu smuzi səndən ötrü ( 17712923)
-
news24.azPortağal şirəsində C vitamini yoxdur? – Həkim danışdı ( 17538470)
-
hit.azQəhvənin bağırsaqlara təsiri: Alimlər bütün detalları aşkar etdi ( 17515544)
-
news24.azBu yaşda qadınlar brokoli yeməlidir ( 17506244)