EN

Türkiyə millisində yeni baş məşqçi təyinatı oldu

BAKI, 31 may. TELEQRAF

Futbol üzrə U-21 Türkiyə milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Egemen Korkmaz təyin olunub.

42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. O, millidən ayrılan Gökhan Gönülü əvəzləyib.

Korkmaz "Denizlispor", "Erzurumspor" və "Trabzonspor"da köməkçi məşqçi kimi çalışıb.

Qeyd edək ki, Egemen Korkmaz futbolçu kimi 2011-2012-ci ildə Türkiyə yığması ilə 9 oyunda iştirak edib. O, "Fənərbağça" ilə 2013/2014 mövsümündə Türkiyə Super Liqasını qazanıb.

Chosen
217
44
teleqraf.com

10Sources