EN

“Atəşgah Həyat” Sığorta Şirkəti “Sea Breeze” şirkəti ilə Memorandum imzalayıb - FOTOLAR

“Atəşgah Həyat” Sığorta Şirkəti yeni uğur və nailiyyətlərə imza atmağa davam edir. 30 may 2025 –ci il tarixində  şirkət “Sea Breeze” şirkəti ilə qarşılıqlı əməkdaşlıq prinsiplərini müəyyənləşdirən və gələcəkdə birgə layihələrin icrası üçün zəmin  yaradan Memorandum imzalayıb.

FED.az xəbər verir ki, memorandumun əsas məqsədi tərəflər arasında sığorta sahəsində səmərəli əməkdaşlığın qurulması, xidmətlərin genişləndirilməsi və qarşılıqlı dəstək mexanizmlərinin yaradılmasıdır.

    Tədbirdə iştirak edən hər iki şirkətin nümayəndələri imzalanan Memorandumun iki tərəf üçün də strateji əhəmiyyət kəsb etdiyini vurğulayıblar. “Atəşgah Həyat” və “Sea Breeze” əməkdaşlığı sığorta bazarında innovativ həllərin tətbiqi, müştəri məmnuniyyətinin artırılması və yeni biznes imkanlarının inkişafı baxımından vacib addımdır. Memorandum çərçivəsində  tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsi, xidmətlərin genişləndirilməsi və qarşılıqlı dəstəyin göstərilməsi istiqamətində əməkdaşlıq edəcəklərini təsdiqləyiblər.

  Sənədlərin  imzalanma mərasimi qarşılıqlı hörmət və etimad mühitində keçmiş, tədbirdə hər iki şirkətin  məsul şəxsləri yaxından iştirak etmişdir.

“Atəşgah“Atəşgah“Atəşgah“Atəşgah“Atəşgah“Atəşgah
Chosen
132
50
fed.az

10Sources