EN

Almaniya İkinci Dünya müharibəsindən bəri ilk dəfə xaricə qoşun göndərdi

Almaniya nasist dövründən bəri ilk dəfə olaraq öz nizami qoşunlarını başqa ölkəyə yerləşdirir.
 
Bu barədə "Military Watch Magazine" məlumat yayıb.
 
Bildirilir ki, Almaniya ordusu Litvanın paytaxtı Vilnüsdə yeni 45-ci tank briqadası formalaşdırmaqla öz bölmələrini yerləşdirməyə başlayıb.
 
2023-cü ilin dekabrında Litva və Almaniyanın müdafiə nazirləri Arvidas Anuşauskas və Boris Pistorius Vilnüsdə Almaniya briqadasının 2027-ci ilə qədər respublikada yerləşdirilməsi üzrə fəaliyyət planı imzalayıblar.
 
Beş min alman əsgərinin ailələri ilə birlikdə Litvaya gedəcəyi gözlənilir. /Oxu.az/
Chosen
56
1
moderator.az

2Sources