EN

“Amma reallıqda bu şəhərin yalnız iki komandası var” – məşhur plakatın sirri açıldı

36-cı turun “Səbail” - “Sumqayıt” matçında tribunada görünən bir plakat diqqətimizi çəkdi. Elita ilə vidalaşan “Səbail”in “Dənizçilər” azarkeş qrupu “gedirik ki, gələk, şəhər sizə əmanət, qonşular” sözləri yazılan plakat açmışdı.
Bu plakatın mənası nədi? Kimə ünvanlanmışdı? Hansı qonşuları nəzərdə tutursuz? “Dənizçilər” azarkeş qrupunun rəhbəri Atif Rüstəmlinin “Football-plus.az”a cavabı:
“Qonşumuz dedikdə “Neftçi”ni nəzərdə tuturuq. “Zirə” və “Sabah” da ev oyunlarını Bakıda keçirir. Amma biri Zirədə, digəri isə Masazırda məskunlaşıb. AFFA bildirirdi ki, Bakıda komanda çoxdu. Çox yerdə premyer-liqaya “Bakı çempionatı” deyirdilər. Amma reallıqda bu şəhərin yalnız iki komandası var - “Neftçi” və “Səbail”. Bu plakatı həmin fikri deyən insanlara ünvanlamışdıq”.
ƏSƏD SEYİDOV

Chosen
40
50
football-plus.az

10Sources