Rusiyanın Bryansk vilayətində dəmir yolunda növbəti partlayış baş verib.
Xezerxeber.az xəbər verir ki, yerli medianın yaydığı ilkin məlumatlara görə, hadisə Moskva vaxtı ilə saat 11 radələrində Uneça-Jeça sahəsində qeydə alınıb.
Məlumata görə, hadisə baş verən vaxt oradan yolölçmə qatarı keçirmiş. Xəsarət alan yoxdur, qatar zədələnməyib.