BAKI. 2 iyun. TELEQRAF
ABŞ Rusiya aerodromlarına son zərbələr endirilməsi ilə bağlı Ukraynaya kəşfiyyat məlumatı verməyib.
Teleqraf xəbər verir ki, bunu "CBS News"un jurnalisti Cennifer Jacobs X sosial şəbəkəsində ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib.
“Birləşmiş Ştatlar "Hörümçək toru" əməliyyatı üçün Volodimir Zelenski və komandası ilə kəşfiyyat məlumatı paylaşmayıb”- deyə Ceykobs yazıb.
Onun sözlərinə görə, Ukrayna tərəfi lazımi məlumatları müstəqil şəkildə toplayıb.
Qeyd edək ki, iyunun 1-də Ukrayna Silahlı Qüvvələrinin (AFU) pilotsuz təyyarələri Rusiya ərazisindəki yük maşınlarından havaya qalxaraq bir neçə hərbi aerodromlara zərbələr endirib. Nəticədə 40-a yaxın qırıcının sıradan çıxarıldığı qeyd olunur.