GƏNCƏ, 2 iyun, TELEQRAF
Samux rayon Sərkar kəndində məskunlaşan Kəlbəcər rayon sakini Murovdağ silsiləsindən yıxılaraq, ağır xəsarət alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1989-cu il təvəllüdlü Xəyal Ömrümov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
Ona ilkin tibbi yardım göstərilib.Vəziyyəti orta-ağır qiymətləndirilir.