EN

“Səda” musiqi kurslarının tələbələri Türkiyədə idman mükafatının təqdimetmə mərasimində çıxış ediblər

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 2 iyun, AZƏRTAC

Ankarada fəaliyyət göstərən “Səda” musiqi kurslarının tələbələri hər il Türkiyə Jurnalistlər Cəmiyyəti tərəfindən ölkənin ən uğurlu idman jurnalistlərinə, idmançılara və idman klublarının nümayəndələrinə təqdim edilən Arman Talay adına mükafatın təqdimetmə mərasimində çıxış ediblər.

Musiqi kurslarının rəhbəri Aytən Rəhimova AZƏRTAC-a bildirib ki, tədbirdə fortepiano tələbəsi Enis Efe Özdəmir Tofiq Quliyevin “Vals” əsərini, Pelin Beyazkılıç isə pianoda “Nazəndə sevgilim” (A.Babayev) mahnısının nusiqisini ifa edib.

Musiqi kursları tələbələrinin çıxışı alqışlarla qarşılanıb.

Ümumilikdə, bu il Türkiyənin 14 tanınmış idmançısı və jurnalisti Arman Talay adına mükafatın sahibi olub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
220
12
azertag.az

10Sources