AZ

BANM-də “SPE PetroBowl” çempionatının Rusiya və Xəzər regional seçmə mərhələsi olub

Bakı Ali Neft Məktəbində (BANM) SPE Azərbaycan Bölməsinin təşkilatçılığı ilə SPE “PetroBowl” çempionatının Rusiya və Xəzər regional seçmə mərhələsi keçirilib.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, nüfuzlu akademik yarışma Rusiya və Xəzər regionunu təmsil edən yeddi universitet komandasını bir araya gətirib: Atırau Neft Təhsili Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Qazaxıstan -Britaniya Texniki Universiteti, Satbayev Universiteti, Tümen Sənaye Universiteti və Tümen Universiteti.

Seçmə mərhələlərin qalibləri bu il ABŞ-ın Hyuston şəhərində keçiriləcək SPE İllik Texniki Konfrans və Sərgisində (ATCE) iştirak imkanı əldə edirlər.

Seçilən
268
14
tehsil.biz

10Mənbələr