EN

Millimizi dünya çempionatında 13 cüdoçu təmsil edəcək

ain.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

Kişi cüdoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, cüdoçular Milli Komandaların Təlim-Məşq Mərkəzində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb olunublar. Məşqlərin birinci hissəsi fiziki, ikinci mərhələsi isə texniki-taktiki hazırlıqdan ibarətdir.

Toplanışa performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç rəhbərlik edirlər.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında dünya çempionatı 13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Azərbaycanı bu mötəbər turnirdə 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız, həmçinin qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
193
24
idmanxeber.az

10Sources