Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın kişilərdən ibarət cüdo yığması dünya çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.
Sportal.az xəbər verir ki, idmançılar Milli Komandaların Təlim-Məşq Mərkəzində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb ediliblər. Məşqlərin birinci hissəsi fiziki, ikinci mərhələsi isə texniki-taktiki hazırlıqdan ibarətdir. Toplanışa performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç rəhbərlik edir.
if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında dünya çempionatı 13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.Azərbaycanı bu mötəbər turnirdə 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək.Yığma, həmçinin qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
