EN

İsveçrə Rusiyaya qarşı sanksiyalara qoşuldu

BAKI, 4 iyun. TELEQRAF

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiyalar paketinə qoşulub.

Teleqraf xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat verilib.

Qeyd olunur ki, 17 fiziki və 58 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib. Onların aktivləri dondurulacaq, İsveçrəyə giriş və oradan tranzit qadağan olunacaq.

İsveçrə hökuməti sanksiyaya məruz qalanlar arasında Rusiya hərbi kompleksi ilə əlaqəsi olanların da olduğunu bəyan edib.

Məhdudiyyətlər həmçinin Rusiya “kölgə donanması”nın 189 gəmisinə də şamil edilib.

Bundan əlavə, İsveçrə üçüncü ölkələrin şirkətləri də daxil olmaqla 31 şirkət üçün ixrac nəzarətinin gücləndirildiyini açıqlayıb.

Xatırladaq ki, mayın 20-də Avropa İttifaqıRusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.

Chosen
118
44
teleqraf.com

10Sources