EN

“Bakı Kristal Zalı” sığortaçı seçir

Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC 75 əməkdaşının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 82 manatdır.

İddiaçılar təkliflərini iyunun 30-na qədər “Bakı Kristal Zalı”nın yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Dövlət Bayrağı Meydanı ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyunun 30-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Satınalma çərçivəsində 65 əməkdaş üçün “Standart” paket (15 min manatlıq), 6 əməkdaş üçün “Gümüş” paket (20 min manatlıq) və 4 əməkdaş üçün “Qızıl” paket (25 min manatlıq) əldə edilməsi nəzərdə tutulur.

Chosen
181
10
report.az

10Sources