EN

Avropa yeraltı anbarlarında qaz ehtiyatları 49%-i keçdi

BAKI, 4 iyun. TELEQRAF

Avropa yeraltı qaz anbarlarında (UGS) qaz ehtiyatları 49%-i keçib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin may ayında LNG (mayeləşdirilmiş təbii qaz) idxalı rekord səviyyəyə çatıb.

GIE-nin məlumatına əsasən, iyunun 2-də Aİ ölkələrinin UGS anbarlarına 391 milyon kubmetr qaz vurulub. Eyni zamanda, çıxarış 17 milyon kubmetrə düşüb. UGS anbarlarındakı qaz həcmi 54 milyard kubmetr təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% azdır.

Hazırda Avropa UGS anbarları 49.2% doludur (bu tarixdə son beş ilin orta göstəricisindən 10.81 faiz bəndi aşağıdır), halbuki ötən il bu göstərici 70.4% idi.

Qeyd edək ki, Aİ ölkələrindən hər il 1 noyabr tarixinə qədər UGS anbarlarını ən azı 90% doldurmağı tələb edir ki, bu da qış mövsümündə qaz tədarükündə kəsinti və ya qeyri-adi soyuq hava şəraitinə hazırlıq məqsədi daşıyır.

Avropanın LNG idxalı may ayında tarixdə ən yüksək səviyyəyə – 12.75 milyard kubmetrə çatıb. Mayeləşdirilmiş qazın reqazifikasiya (yenidən qaz halına gətirilməsi) obyektləri hazırda öz gücünün 52%-i səviyyəsində yüklənib.

Chosen
62
4
teleqraf.com

10Sources