Bakı. Trend:
Mərkəzi Asiya "Saipem" şirkəti üçün getdikcə daha stratejiəhəmiyyət daşıyır.
Bunu Trend-ə özəlmüsahibəsində şirkətin Rumıniya, Azərbaycan, Qazaxıstan və Türkiyəüzrə regional direktoru Ernesto Ferlenqi deyib.
“Biz istər layihələrdə birbaşa iştirak, istərsə də stratejitərəfdaşlıq vasitəsilə mövcudluğumuzu genişləndirmək üçün mühümimkanlar görürük”, - deyə o bildirib.
Həm quruda, həm də dənizdə mürəkkəb enerji layihələrinin həyatakeçirilməsində uzun illər təcrübəsi olan "Saipem" şirkəti MərkəziAsiyada dənizə çıxışı olmayan enerji istehsalçılarını beynəlxalqbazarlarla birləşdirən infrastrukturun yaradılmasında özünü əsasoyunçu kimi göstərir. Prioritet sahələrə boru kəmərinin tikintisi,LNG (maye qaz) logistikası, emal qurğuları və enerji keçidilayihələri daxildir.
Mühəndislik innovasiyası vasitəsilə əlaqəningücləndirilməsi
""Saipem" Mərkəzi Asiyanın qlobal bazarlarla enerji əlaqələriningücləndirilməsində mühüm rol oynayır", - deyə E.Ferlenqivurğulayıb. “Bizim mühəndislik və dizayn təcrübəmizlə biz davamlıvə səmərəli infrastrukturun, o cümlədən boru kəməri dəhlizlərinin,LNG logistikasının və sənaye xablarının yaradılmasına töhfəveririk", - deyə o bildirib.
Ətraf mühit tələblərindəki qlobal dəyişikliklərə cavab olaraq,"Saipem" müasir davamlılıq standartlarına cavab verən həllər təklifedir. "Biz aşağı karbonla bağlı təcrübəmizi regiona gətiririk,layihələri beynəlxalq investorların və alıcıların artankarbonsizləşdirmə tələblərinə uyğunlaşdırmağa kömək edirik", - deyəo qeyd edib.
"Şirkət diqqətini" yüksək səviyyədə texniki və inteqrasiyaolunmuş təcrübə təmin edə biləcəyi boru kəməri sistemləri vəemaldan bərpa olunan enerji mənbələrinin ənənəvi infrastrukturainteqrasiyasına qədər sahələrə yönəldir. Eyni zamanda, "Saipem"sənayenin karbonsizləşdirilməsi, hidrogen texnologiyasının inkişafıvə CO₂-in tutulması sahələrində imkanları araşdırır.
Regional mövcudluğu və uzunmüddətli tərəfdaşlığıgenişləndirmək
""Biz artıq Azərbaycanda fəal işləyirik və hökumətstrategiyalarının həm enerji ixracına, həm də davamlı inkişafayönəldiyi Qazaxıstan və Özbəkistanda perspektivləri nəzərdənkeçiririk", - deyə E.Ferlenqi əlavə edib.
O vurğulayıb ki, Saipem-in məqsədi yerli potensialın inkişafı,keyfiyyət, təhlükəsizlik və ekoloji məsuliyyətə diqqət yetirməkləuzunmüddətli tərəfdaşlıq qurmaqdır. "Biz innovasiyaları, yüksəktəhlükəsizlik standartlarını və ətraf mühit məsələlərinə diqqətitəmin etməklə yanaşı, güclü yerli tərəfdaşlıqlara sadiqik", - deyəo bildirib.
Ernesto Ferlenqi həmçinin vurğulayıb ki, "Saipem" şrikəti,enerji keçidində insan kapitalına uzunmüddətli investisiyalarıqabaqcıl texnologiyalarla birləşdirərək, davamlı inkişaf və MərkəziAsiya və Xəzər regionunda yerli icmalara dəstək öhdəliyinigücləndirir,
"Bu gün rayonda 330-a yaxın insan çalışır ki, onların da 60faizdən çoxu yerli mütəxəssislərdir", - deyə o qeyd edib. Onunsözlərinə görə, Saipem-in yerli inkişafa yanaşması təhsilindəstəklənməsinə və yerli icmaların səlahiyyətlərinin artırılmasınaəsaslanır: “Dünyada olduğu kimi, bizim strategiyamıza təhsillayihələrinə, iqtisadi inkişafın təşviqinə və mədəni irsinqorunmasına uzunmüddətli investisiyalar daxildir”.
Azərbaycanda "Saipem" hər il universitet tələbələri vəməktəblilər üçün təlimlər keçirir. Bu proqramlar texnikisavadlılığın artırılmasına, eləcə də əməyin mühafizəsi vəsağlamlığına dair məlumatlılığın artırılmasına yönəlib. "Belətəlimlər tələbələrə təhlükəsizlik və sağlamlıq məsələlərini dahayaxşı anlamağa kömək edir", - deyə E.Ferlenqi əlavə edib.
Eyni zamanda, "Saipem" regionun dəyişən enerji mənzərəsində dahafəal rol oynamağa çalışır. “Biz Mərkəzi Asiyanın artan daxilienerji tələbatının öhdəsindən gəlmək və aşağı karbonluiqtisadiyyata doğru hərəkət etmək üçün ehtiyac duyduğu həllərin birhissəsi olmaq istəyirik”, - deyə o bildirib.
Davamlı gələcək üçün yaşıltexnologiyalar
Ənənəvi enerji sahəsində möhkəm təcrübəyə malik olan "Saipem"şirkəti texnologiyalarını yeni ekoloji standartlara uyğunlaşdırır."Biz enerji səmərəliliyini artıran və emissiyaları azaltmağa köməkedən həllər təklif edirik", deyə Ferlenqi qeyd edib.
O vurğulayıb ki, “Saipem” dəniz külək enerjisi və karbon tutmasistemləri də daxil olmaqla unikal yaşıl texnologiyalar dəstinəmalikdir. “Buna görə də biz dayanıqlı enerji sahəsində regionölkələri üçün etibarlı tərəfdaş ola bilərik”, - deyə o bildirib.Şirkətin əsas layihələrindən biri patentləşdirilmiş, səmərəli vəekoloji cəhətdən təmiz CO₂ tutmaq üçün fermentativ həlli sayılanBluenzyme texnologiyasıdır.
Sonda Ernesto Ferlenqi əlavə edib ki, "Saipem" Xəzər və MərkəziAsiya regionlarına uzunmüddətli öhdəliyini təsdiqləyir və onlarındavamlı inkişafında əsas tərəfdaş kimi özünü göstərir.
“Biz Qazaxıstanda 1995-ci ildən, Azərbaycanda isə 1996-cı ildənfəaliyyət göstəririk: “Regionda mövcudluğumuz kompleks enerjilayihələri üçün innovativ, davamlı və texnoloji cəhətdən təkmilhəllər təqdim etmək öhdəliyimizi əks etdirir”.
"Saipem" şirkəti regionda bir sıra mühüm enerji layihələrindəböyük rol oynayıb. Qazaxıstanda 2009-2016-cı illərdə həyatakeçirilən ən böyük və texniki cəhətdən mürəkkəb layihələrdən biriolan Kaşaqan yatağının işlənməsinin əsas iştirakçısı olub. İşlərsərt iqlim şəraitində, dayaz sularda və daimi donmuş ərazidəaparılıb. "Saipem" dəniz infrastrukturunun tam EPCI (mühəndislik,satınalma, tikinti və quraşdırma) mərhələsini, o cümlədən platformailə quru obyektləri arasında 95 kilometr sualtı boru kəmərininquraşdırılmasını həyata keçirib.
"Bu, rekord nailiyyət olub", - deyə E.Ferlenqi əlavə edib:"Layihədə dünyada ən uzun üzən sahilboyu boru kəmərinin uzadılması- 10 kilometr uzunluğunda - həyata keçirilib. İşlər son dərəcədayaz dibi profilə malik ucqar ərazidə aparılıb və ətraf mühitinmühafizəsi məsələlərinə xüsusi diqqət yetirilib".
Azərbaycanda “Saipem” “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağınınişlənməsində iştirak edib və regionun ən böyük qaz layihələrindənbiri olan “Şahdəniz” layihəsinin ikinci mərhələsinin həyatakeçirilməsi üçün müqavilə ilə təltif edilib.
Enerji təkamülünün yeni mərhələsinədəstək
Şirkət indi öz innovativ texnologiyalarından istifadə edərəkregionun enerji keçidini dəstəkləməyi hədəfləyir. "Biz enerjisəmərəliliyinin artırılması, proseslərin optimallaşdırılması,karbonun tutulması, istifadəsi və saxlanması (CCUS) və enerjisistemlərinin hibridləşdirilməsi üçün tədbirlər həyata keçiririk",- deyə o izah edib.
Perspektivli sahələr arasında patentləşdirilmiş fermentativ CO₂tutma texnologiyasından istifadə etməklə regiondan təbii qazəsasında mavi ammonyak istehsalıdır. "Biz gözlənilən əhali artımışəraitində eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə aparan vəərzaq təhlükəsizliyini təmin edən davamlı gübrə istehsalımüəssisələrinin tikintisinə sadiqik", - deyə yekunda ErnestoFerlenqi bildirib.