BAKI, 5 iyun. TELEQRAF
Türkiyədə 20 minə yaxın məhbus əfv olunub.
Teleqraf “Sözcü” qəzetinə istinadən xəbər verir ki,
Türkiyə Böyük Millət Məclisinin (TBMM) qəbul etdiyi “10-cu Mühakimə Paketi” kimi tanınan icra tənzimləməsinin “Resmi Gazete”də dərc olunmasından sonra məhbuslar Ankaradakı həbsxanalardan azadlığa buraxılıblar.
Əfv olunanların qohumları axşam saatlarından başlayaraq həbsxananın qarşısına toplaşıblar.