Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.