Göygöldə yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətədə olan "Mercedes" ilə "VAZ-2106" markalı minik maşınları toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

