AZ

Naxçıvanda 2 maşın toqquşdu, 3 nəfər yaralandı

Ötən gün Naxçıvan-Sədərək magistral yolunun Şərur rayonu Püsyan kəndi ərazisindən keçən hissəsində qəza baş verib. 

Avtosfer.az xəbər verir ki, 68-BK-601 dövlət nömrə nişanlı "Mercedes"lə 68-BF-164 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub. 

Qəza zamanı  2 qadın və 1 kişi xəsarət alıb. Onlar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
354
14
avtosfer.az

10Mənbələr