EN

BVF Azərbaycanda vergi siyasəti ilə bağlı islahatları tam qiymətləndirməyib - RƏSMİ

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu tərəfindən (BVF) üzv ölkələrinmakroiqtisadi vəziyyətini, maliyyə sabitliyini, fiskal və monetarsiyasətlərini qiymətləndirmək, potensial riskləri müəyyənləşdirməkməqsədilə mütəmadi olaraq “IV Maddə Məsləhətləşmələri” missiyasıhəyata keçirilir. Bununla bağlı, 2025-ci ilin yanvar – fevralaylarında Azərbaycanda səfərdə olan Fondun nümayəndə heyətinəölkəmizin makroiqtisadi vəziyyəti, iqtisadi inkişaf prioritetləri,islahat gündəliyi, fiskal və monetar siyasətləri barədə ətraflıməlumat verilib. Missiya yekunlaşdıqdan sonra bu ilin aprel ayındaBVF tərəfindən Azərbaycana dair 2025-ci il üzrə yekun bəyanat dərcedilib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.

Bildirilib ki, bəyanatda Azərbaycanın son illərdə əldə etdiyibir sıra müsbət nəticələr - iqtisadi risklərin balanslaşdırılması,dövlət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması,inflyasiyanın sabitləşməsi və hədəf diapazonunda saxlanılması,fiskal intizamın bərpası, şəffaflığın artırılması və korrupsiya iləmübarizə sahəsində əldə olunmuş naliyyətlər vurğulanıb:

"Sənəddə Azərbaycanın dövlət qurumları tərəfindən verilənməlumatların bir çoxu öz əksini tapsa da, bir sıra əsaslı məqamlarnəzərə alınmayıb. Beynəlxalq təşkilatların ölkələr haqqında rəyinformalaşmasına və investorların qərarlarına təsirini nəzərə alaraq,aşağıda qeyd olunan məsələlər xüsusi önəm kəsb edir.

Belə ki, BVF-nin bəyanatında ölkəmizin 2025-2030-cu illər üzrəiqtisadi artım tempinin orta illik hesabla 2,6% səviyyəsindəproqnozlaşdırıldığı öz əksini tapıb. Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyinin sonuncu makroiqtisadi proqnozlarınaəsasən 2025-2029-cu illər üzrə iqtisadi artım tempi orta illikhesabla 3,8% səviyyəsində proqnozlaşdırılır".

Məlumatda xatırladılıb ki, Azərbaycanda 2022-ci ildəndövlət-özəl tərəfdaşlığının hüquqi bazası formalaşdırılıb, özəlsektorun inkişafı üçün əhəmiyyətli alətlərdən olan dövlət-özəltərəfdaşlığı çərçivəsində layihələrin icrası ilə bağlı işlərgörülüb:

"2024-cü ildə xarici investorla birgə dəniz suyununduzsuzlaşdırılması layihəsinin icrası ilə bağlı işlərə başlanılıb.Bununla belə, sənəddə struktur islahatların tərkib hissəsi kimi busahədə aparılmış islahatlar qeyd olunmayıb.

Azərbaycanda vergi qanunvericiliyinin təkmilləşdirilməsi, busahədə inzibatçılığın, rəqəmsallaşmanın genişləndirilməsi, biznesintəşviqi üçün geniş güzəştlərin tətbiqi, əmək bazarında islahatlarnəzərəçarpacaq müsbət nəticələrə səbəb olub. Əmək bazarındaislahatların nəticəsi ötən il Harvard Universitetinin ekspertləritərəfindən də yüksək dəyərləndirilib və Azərbaycanda tətbiq olunantəcrübə digər iqtisadiyyatlar üçün araşdırılması vacib olansəmərəli model kimi qiymətləndirilib. BVF-nin yekun bəyanatında isəAzərbaycanda vergi siyasəti ilə bağlı islahatlar tam şəkildəqiymətləndirilməyib".

"Ölkəmiz vergi inzibatçılığının beynəlxalq dəyər zəncirinəuyğunlaşdırılması üçün BVF ilə əməkdaşlıq edir. Bu baxımdan FondunVergi İnzibatçılığının Diaqnostik Qiymətləndirmə Aləti (TADAT)xüsusi əhəmiyyətə malikdir. 2024-cü ildə BVF və İqtisadiyyatNazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında bu alətdənistifadə edərək daxili qiymətləndirmənin həyata keçirilməsi iləbağlı müzakirələr aparılıb, BVF tərəfindən DVX əməkdaşlarına TADATəsasında təlim keçirilib. TADAT-la bağlı əməkdaşlığa baxmayaraq,Fondun ölkəmizlə bağlı sənədində Azərbaycana bu alətdən istifadəilə bağlı tövsiyə yer alıb.

Bəyanatda sənaye və istehsal sektorunun kredit portfelindəkipayının 2024-cü ildə 5%-dən 8%-ə yüksəldiyi göstərilsə də, bu rəqəmAzərbaycan Mərkəzi Bankının məlumatına əsasən 5,5%-dir.

Azərbaycanda beynəlxalq təşkilatlarla uzunmüddətli və qarşılıqlıfaydalı tərəfdaşlığa böyük önəm verilir və bu əməkdaşlıqların dahada gücləndirilməsi istiqamətində işlər davam etdirilir", - deyəməlumatda qeyd olunub.

Chosen
55
12
az.trend.az

10Sources