EN

“Fabreqas “İnter”ə getməyəcək”

İtaliya mətbuatında son günlər “Komo”nun baş məşqçisi Sesk Fabreqasın “İnter”lə adının hallanmasına aydınlıq gətirilib.

90deqiqe.Az xəbər verir ki, bu məsələyə “Komo” klubunun prezidenti Mirvan Suvarso münasibət bildirib.

O, “İnter” rəhbərliyi ilə birbaşa əlaqə saxladıqlarını və Fabreqasla bağlı təklifə nəzakətli şəkildə rədd cavabı verdiklərini açıqlayıb:

“Biz öz qərarımızı birbaşa ‘İnter’in prezidentinə bildirdik. O da bunu qarşılıqlı hörmət çərçivəsində, açıq şəkildə qəbul etdi. Klubumuzun baş məşqçisi ilə bağlı yayılan söz-söhbətlərə yalnız fantaziya kimi baxırıq. Bu qədər dəqiq cavabdan sonra hər hansı israr gözləmək mümkün deyil – xüsusilə də ‘İnter’ kimi səviyyəli klubdan”.

Xatırladaq ki, “İnter”in baş məşqçisi Simone İnzaqi mövsümün sonunda klubdan ayrılıb və rəhbərlik yeni çalışdırıcı axtarışına başlayıb. Mətbuatda ispan mütəxəssis Sesk Fabreqasın adı mümkün namizədlər sırasında hallanırdı.

Sesk Fabreqasın rəhbərliyi altında "Komo" son İtaliya çempionatını onuncu pillədə başa vurub.

Chosen
116
6
90deqiqe.az

10Sources